Gecəyarı acıb, yemək yemək 2 növ xərçəngə səbəb ola bilər – XƏBƏRDARLIQ

İspan tibb mütəxəssisləri Barselonada 2000-dən çox insanın tibbi məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, gecə saat 23-24 arası və gecəyarı oyanıb yemək yemək süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər.

Orqanik.az bildirir ki, yatmazdan 3 saat əvvəl yemək yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır. Axşam yeməyini saat 21:00-a kimi bitirmək lazımdır.

Tədqiqatda 621 nəfər prostat xərçəngi və 1205 nəfər süd vəzi xərçəngi xəstələri də araşdırılıb, onların sutkalıq ritmi normadan uzaq idi. Gec yatıb, gecələr yemək yemək vərdişləri var idi. Sutkalıq bioritmi pozulan insanda hormonların sutkalıq aktivliyi yerini dəyişir, bu da orqanizmdə fəsadlar verir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.