Hamının mətbəxində olan bitkinin 9 MÖCÜZƏVİ FAYDASI

Kəklikotunun xoş qoxusu, görünüşü və dadından əlavə, orqanizm üçün inanılmaz faydaları var.

Orqanik.az bildirir ki, yeməklərə ləzzət qatan kəklikotu həm də şəfa deposudur. Hər dərdə dərman hesab olunan kəklikotunun sağlamlığa verdiyi faydalardan bəzilərini təqdim edirik:

– Bədəni qüvvətləndirir, həzmi asanlaşdırır.

– Sinir sistemini gücləndirir və iştahsızlıqla mübarizə aparır.

– Cinsi istəyi artırır.

– Xəstəliklərə qarşı müqavimət gücünü artırır, iltihabları azaldır.

– Kəklikotu suyu ilə vanna qəbul etmək, yaxud duş almaq revmatizm ağrılarını sakitləşdirir.

– Akne müalicəsində təmizləyici və yaxşılaşdırıcı təsirləri var.

– Badamcıq iltihablarına müsbət təsir edir. Dezinfeksiyaedici təsirli bəlğəmgətiricidir.

– Öskürək və yuxarı tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə edilməlidir.

– Kəklikotu ağciyər və bronxlar, mədə və bağırsaqlar üçün xüsusilə faydalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.