Qulaqcıqla yatmağın 3 dəhşətli FƏSADI

Müasir gənclər və uşaqlar yuxuya getməzdən əvvəl qulaqcıqda telefon və planşetə baxaraq yuxuya gedir. Çox vaxt qulaqcığı çıxarmaq yaddan çıxır.

Orqanik.az bakupost.az-a istinadla xəbər verir ki, həkimlər qulaqcığın 3 dəhşətli fəsadını açıqlayıb.

Nekroz – əgər qulaqcıqla səhərə kimi yatmısızsa, bu müddətdə həmin sahədə qan dövranı pozulur, bu da nekroza, toxumanın ölməsinə səbəb ola bilər.

Qulaq kiri, tıxacı yaranması – Qulaq kiri deyilən maddə eşitmə aparatını xarici amillərdən qorumaq üçün ifraz olur.Uzun müddət, gecə də qulaqcıq taxmaq mütəmadi maddə ifrazını artırır, qulaq içində tıxac əmələ gəlir, nəticədə eşitmə zəifləyir.

Boğulma təhlükəsi – əgər naqilli qulaqcıq taxırsızsa, yuxuda onun boğaza sarılıb boğulma riski var.

Gecə yatmazdan öncə qulaqcıqda ritmli, ağır, möhkəm musiqilərə qulaq asmaq ürək ritmini artırır, beyni stimulə edir, insanı daha da yorur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.