QASTRİTin kartof şirəsi ilə müalicəsi

Qastrit həzm sisteminin ən yayılmış xəstəliklərindən biridir. Son elmi araşdırmalar göstərir ki, qastrit və həmçinin xora xəstəliyinin əsas səbəbi Helicobacter pylori mikrobudur. Hazırda həkimlər bir neçə preparatın kombinasiyası ilə bu mikrobu uğurla müalicə edirlər.

Əsas müalicədən əlavə həkimlə məsləhətləşdikdən sonra xalq təbabəti vasitələrindən də istifadə edə bilərsiniz. Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, ən populyar belə vasitələrdən biri kartof şirəsidir. Kartof şirəsi xalq təbabətində mədə problemlərinin müalicəsində qədimdən istifadə olunur.

Qastrit zamanı mədənin selikli qişası zədələnir, iltihablaşır. Kartof şirəsi selikli qişaya büzücü, iltihabəleyhinə və yarasağaldan təsir edir, həzm proseslərini yaxşılaşdırır, mədə ağrılarını azaldır.

Fitoterapevtlər qastritin müəlicəsi üçün yalnız təzə sıxılmış kartof şirəsindən istifadə etməyi tövsiyə edirlər. 2-3 orta ölçüdə kartofun şirəsi sıxılır və dərhal içilir (saxlamaq olmaz!). Bunu səhər tezdən acqarına etmək lazımdır. Yarım saatdan sonra səhər yeməyi yemək olar. Müalicə kursu – 10 gün. Müalicə zamanı pəhriz saxlamaq lazımdır. Pəhriz qastrit və xora xəstəliyi zamanı həm də müalicəvi təsir edir. (Bu haqda saytımızda çoxlu məlumatlar var.)

Nəzərə almaq lazımdır ki, şəkərli diabet xəstələrinə kartof şirəsini içmək olmaz. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.