İnsultun qarşısını almağa kömək edəcək çox sadə TÖVSİYƏLƏR

Tanınmış Almaniyalı həkim Kristian Noltenin sözlərinə görə insultdan qorunmaq üçün ən effektli üsul siqaret çəkməkdən imtina etməkdir.  

Siqaret tüstüsü ilə insan orqanizminə daxil olan ziyanlı maddələr damar toxumasını sərtləşdirir və zəiflədir ki, damarlar zədələnmələrə meylli olur. Bu isə aterosklerozun sürətlə inkişafına təkan verir. Bildiyimiz kimi, məhz ateroskleroz bir çox ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.

Nolte bildirib ki, siqaret çəkməkdən imtina infarkt və insultun riskini bir neçə dəfə azaldır.

Həkimin sözlərinə görə, arterial təzyiqə, şəkər və xolesterinə daim nəzarət də insultun riskini azaldan əsas amillərdəndir.  

Bundan əlavə həkim qırmızı ətin istehlakını azaltmağı, fiziki aktivliyini isə artırmağı tövsiyə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.