Qan təzyiqini aşağı salmaq üçün bəyənəcəyiniz tövsiyə

Saunada istilik terapiyası orta yaşlı insanlarda qan təzyiqini aşağı salır. Bunu Yuta ştatındakı Briqama Yanqa Universitetinin tədqiqatçıları aşkar ediblər. Alimlər öz işlərini Fiziologiya üzrə Amerika sammitində təqdim edəcəklər.

Orqanik.az lent.az-a istinadla xəbər verir ki, yeni araşdırma Finlandiya alimlərinin tapıntılarına əsaslanır. Bu ölkə alimlərinin iddialarına görə, saunaya ən azı 19 dəqiqə girən insanların ürək-damar xəstəliklərinə tutulma ehtimalı, bunu etməyənlərə nisbətən daha azdır.

Amerikadakı tədqiqatda 18-30 yaş arası 10 kişi və qadın, 50-64 yaş arası səkkiz kişi və qadın iştirak edib. İştirakçılar hər biri 80 dərəcə Selsi temperaturunda 20 dəqiqəlik iki sauna seansında olublar.

İştirakçılar arasında heç bir yan təsir müşahidə edilməyib. Bütün iştirakçılarda qan təzyiqi azalıb. Bundan əlavə, gənc və orta yaşlı insanlarda saunaya bir səfərin fizioloji reaksiyası eyni olub. Nəticələr o deməkdir ki, uzun müddət istiliyə məruz qalmadan saunanın müsbət təsirini əldə etmək mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.