Çay və qəhvə nə zaman təhlükə yaradır?

Diyetoloq İnna Kononenko hesab edir ki, çay, qəhvə və bəzi pəhrizlər dəmirin orqanizmdə sorulmasına mane olur.

Orqanik.az xəbər verir ki, həkim bu barədə “Radio Komsomolskaya Pravda”ya müsahibəsində deyib.

Həkim bildirib ki, dəmir çatışmazlığı daha çox qida rasionunda karbohidratlı qidaların üstünlük təşkil etməsi, vegetarian pəhriz və mağazalarda müasir qaydalarda satılan ətin keyfiyyətsiz olması nəticəsində baş verir. Bununla belə bəzi məhsullar da bu elementin mənimsənilməsinə mane olur.

“Çay, qəhvə, həmçinin yulaf, qəhvəyi düyü, mərcimək, noxud, ağ lobya kimi tərkibində fitik turşusu olan qidalar dəmirin mənimsənilməsinin qarşısını alır. Dəmir çatışmazlığı varsa, onların istifadəsini məhdudlaşdırmaq vacibdir”, həkim qeyd edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.