Piylənməyə qarşı sadə və populyar içki

İngiltərəli həkim Tim Bond bildirib ki, orqanizmdəki “gizli” yağları bir fincan yaşıl çayla “yandırmaq” olar.

“Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay içmək bədəndə piylərin yığılmasını azalda bilər. Bu içki, həmçinin bədənin ümumi çəkisi və həcminin azalmasına da kömək edir”, – deyə o, qeyd edib.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, mütəxəssis izah edib ki, yaşıl çayın tərkibindəki maddələr termogenezə (yağların yandırılması), yağ və zülalların oksidləşməsinə təsir edir. Eləcə də, aclıq hissini zəiflədir və qaraciyər metabolizmi prosesində fermentlərin səviyyəsini tarazlaşdırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.