Bir də bu maskaları sınaqdan keçirin

Bir çox meyvə və tərəvəz gözəllik baxımında istifadə olunur. Bunlardan biri də qreypfrutdur. Bu meyvə qırışlar, ləkələr və qara nöqtələrlə mübarizə aparan antioksidanlarla zəngindir. Bəs, ondan necə yararlanmaq olar?

Orqanik.az Axşam.az-a istinadən qreypfrutdan istifadə edərək hazırlaya biləcəyiniz maskaları təqdim edir.

1. Dəri üçün maska

Tərkibi:

1/2 qreypfrut şirəsi
1/2 stəkan qatıq

Meyvənin şirəsini qatıqla qarışdırıb təmiz dəriyə çəkin və 10 dəqiqə saxlayın. İlıq su ilə yuyun və nəmləndirici tətbiq edin. Maskadan həftədə bir dəfə istifadə etməyiniz məsləhətdir.

2. Quru dərilər üçün pilinq maskası

Tərkibi:

1/2 qreypfrut şirəsi
1 stəkan şəkər
3 xörək qaşığı üzüm toxumu yağı

Vasitələri qarışdırıb əldə etdiyiniz maskanı üzünüzə çəkin. Maskanı tamamilə istifadə edin, daha sonra yenidən çəkmək üçün saxlamayın. Əgər dəriniz çox qurudursa, 1 damla qreypfrut yağı da əlavə edə bilərsiniz.

3. Yağlı dərilər üçün maska

Tərkibi:

1/2 qreypfrut şirəsi
1 xörək qaşığı bal
1/2 stəkan qarğıdalı unu

Üzünüzə və boynunuza çəkəcəyiniz bu maskanı dəridə 10 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun. Sonda nəmləndiricidən istifadə edin.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.