İngiltərəli həkim Tim Bond bildirib ki, orqanizmdəki “gizli” yağları bir fincan yaşıl çayla “yandırmaq” olar.
“Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay içmək bədəndə piylərin yığılmasını azalda bilər. Bu içki, həmçinin bədənin ümumi çəkisi və həcminin azalmasına da kömək edir”, – deyə o, qeyd edib.
Orqanik.az oxu.az-a istinadən bildirir ki, mütəxəssis izah edib ki, yaşıl çayın tərkibindəki maddələr termogenezə (yağların yandırılması), yağ və zülalların oksidləşməsinə təsir edir. Eləcə də, aclıq hissini zəiflədir və qaraciyər metabolizmi prosesində fermentlərin səviyyəsini tarazlaşdırır.
Orqanik.az