Ömrü uzatmaq üçün ƏN SADƏ ÜSUL

Alimlər ömrü uzatmaq üçün ən sadə üsulu açıqlayıb.

Merilend ştatındakı Milli Sağlamlıq İnstitutunun (National Institutes of Health in Maryland) əməkdaşları 5000 insan üzərində araşdırma aparıblar. Nəticədə alimlər belə qənaətə gəliblər ki, gün ərzində cəmi 10 dəqiqə ərzində piyada gəzmək illik ölüm nisbətini 7%, 20 dəqiqə – 13% və yarım saat ərzində – 17% azaldır.

Orqanik.az MedikForum-a istinadla bildirir ki, eksperimentdə 40-85 yaş arası insanlar iştirak edirdi.

Alimlərin sözlərinə görə, gündəlik piyada gəzintilər və ya velosiped sürmək həm fiziki, həm də psixi sağlamlıq üçün olduqca faydalıdır. Bu təzyiq və nəbzi tənzimləyir, qanda şəkəri və xolesterini salır, stress hormonlarının səviyyəsini azaldır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.