D vitamini çatışmazlığının 3 TƏHLÜKƏLİ ƏLAMƏT

Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyündən yarana bilən D vitamininin bədəndə çatışmazlığı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu problemlərə işarət edən üç əsas əlamət var ki, bunlar aşağıdakılardır:

Yorğunluq

Amerikalı həkimlərin araşdırmaları nəticəsində məlum olub ki, D vitamini çatışmazlığı insanın aktivlik səviyyəsini aşağı salmaqla yanaşı yorğunluğun yaranmasına da səbəb olur. Təcrübədə vitamin D çatışmazlığı olan insanlar iştirak edib. Könüllülərin təxminən 77%-i özlərini yorğun hiss etdiklərini və yüksək dozada D vitamini ilə müalicədən sonra vəziyyətlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Sümük ağrısı və ya əzələ zəifliyi

D vitamini kalsiumun tam udulmasını təmin etməklə skelet sisteminin sağlamlığını təmin edir. Bu səbəbdən də bu vitaminin çatışmazlığı halında insanın sümük ağrısı və əzələ zəifliyi kimi narahatlıqları yarana bilər.

Depressiya

Bununla bağlı bir araşdırmanın nəticələri göstərib ki, D vitamini çatışmazlığı depressiya və digər psixi pozğunluqların inkişafına təkan verə bilər. Bu maddə beynin normal fəaliyyətini dəstəkləyir və “xoşbəxtlik hormonları” (dopamin, adrenalin və noradreanlins) istehsalı üçün zəruri olan fermentin tənzimlənməsində iştirak edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.