“Masumlar Apartmanı” serialı və “Bergen” filmindəki rolu ilə son illər populyarlığını artıran aktrisa Farah Zeynəb Abdullah ad gününü xəstəxanada qeyd etməli olub.
Orqanik.az bakupost-a istinadən xəbər verir ki, 33 yaşını qeyd edən aktrisa üçün dostları sürpriz parti təşkil ediblər. Ancaq Farah Zeynəbin səhhəti anidən pisləşib. Temperaturu yüksələn aktrisa dərhal xəstəxanaya çatdırılıb.
İlkin tibbi yardımdan sonra özünə gələn aktrisaya tibb bacıları da sürpriz ediblər. Həmin anları əks etdirən fotolar sosial mediada maraqla qarşılanıb.
Orqanik.az