Your Cart

Myasnikov yeni ştamların yaranma səbəblərindən danışdı

Həkim Aleksandr Myasnikov immun çatışmazlığı olan xəstələri COVID-19-un yeni ştamlarının əsas mənbəyi adlandırıb.

Orqanik.az xəbər verir ki, həkim bu barədə “Rossiya-1” kanalında yayımlanan “О самом главном” verilişinin efirində danışıb. 

Mütəxəssis qeyd edib ki, COVID-19-un bütün yeni variantları xaricdən gətirilmir. Onun sözlərinə görə, mutasiyaların əsas mənbəyi koronavirusa yoluxmuş immun çatışmazlığı olan xəstələrdir. Myasnikov bu qrup insanları yeni virusların “inkubatorları” adlandırıb. 

“Çünki koronavirusun normal mutasiyası illər çəkir, immun çatışmazlığı olan xəstələrin daxilində isə əksinə. Bu, sübut olunub. Belə xəstələr var. Kembricdə limfomalı bir xəstə var idi, onlar orada yüzlərlə mutasiyalar tapıblar”, – həkim izah edib. 

Myasnikovun sözlərinə görə, immuniteti zəif olan xəstələrə COVID-19-a qarşı peyvəndin üç və ya daha çox dozası ilə peyvənd edilməlidir. Həkim qeyd edib ki, yeni növ koronavirusun kliniki təzahürləri kəskin respirator infeksiyalar və digər patogenlərin yaratdığı pnevmoniyadan heç də fərqlənmir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa