Kortəbii şəkildə qəbul edilən dərman preparatları…

Kortəbii şəkildə qəbul edilən dərman preparatları orqanizmdə müəyyən fəsadlara səbəb olur. Son zamanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmaqdan qorunmaq üçün istifadə edilən dərmanların sayı artıb. Hətta bəzən profilaktika məqsədilə qəbul edilən preparatlar arasında qanduruldan dərmanlar da var.

Orqanik.az xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimovanın dediyinə görə, qandurulducu vasitələrdən necə gəldi istifadə edilməsi orqanizm üçün zərərlidir: “Qandurulducular arasında ən çox yayılanlar Aspirin Kardio, Kardiomaqnil kimi dərmanlardır. Həmin dərmanların hansı xəstəlikdə istifadə edilməsi, xeyirli və zərərli olmağını yalnız həkim təyin edə bilər. Həkim təyinatı olmadan qandurulduculardan istifadə etmək düzgün deyil. Onlardan geniş istifadə olunması mədə qanaxmaları və mədə xoralarının yaranmasına səbəb ola bilər”.

Həkim-terapevt onu da qeyd edib ki, belə preparatların özbaşına qəbul edilməsi böyrək çatışmazlığı və bir çox xroniki xəstəliklərə də səbəb ola bilər: “Qandurulduculardan istifadə etmək üçün hər bir xəstənin qan müayinələri olmalıdır. Laborator müayinələr aparmadan qandurulducu preparatlardan istifadə edilməsinin orqanizmə xeyrindən çox ziyanı ola bilər. COVID analizi müsbət çıxan hər bir xəstənin laborator analizi verməsi məsləhətdir”.

Sağlamlığın qeydinə qalmaq dərmanlardan kortəbii istifadə etmək demək deyil. Xəstəliklərlə mübarizə aparmaq üçün preparatlardan həkim məsləhəti ilə istifadə etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.