İnfeksiyadan qorunmağın qeyri-adi üsulu

Otaq havasını tez-tez dəyişən insanların koronavirusun “omikron” ştamı ilə xəstələnmə ehtimalı daha azdır. 

Orqanik.az xəbər verir ki, bu barədə immunoloq İrina Yartseva müsahibəsində danışıb. 

İnfeksiyadan qorunmağın bu qeyri-adi üsulundan söz açan həkim bildirib ki, otaq havasını nəmləndirmək vacibdir.

“İnsanlar bəzən selikli qişaların normal nəmləndirilməsi olmadığı üçün daha gec sağalırlar. Həm “omikron”a yoluxan xəstələrə, həm də bütün sağlam insanlara havanı mümkün qədər, ən azı 25-50% nəmləndirməyi tövsiyə edirəm”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, yuxu zamanı nəmləndirici cihazı yandırmaq xüsusilə vacibdir – bu, selikli qişanın tez bərpasına və müvafiq olaraq daha tez sağalmasına kömək edir:

“Həddindən artıq qurumuş selikli qişası olan bir insan üçün burnunda bir neçə “omikron” hissəcikləri olması kifayətdir ki, yayılmağa başlasın”. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.