Your Cart

Kişilərin bu aksesuarı beyin qan dövranını pozur

Şlezviq-Qolstayn Universitetinin (Almaniya) Tibb mərkəzinin alimləri sübut edir ki, qalstuk taxmaq beyin qan dövranına mənfi təsir edir.

Orqanik.az xarici KİV-lərinə istinadla xəbər verir ki, alimlər eksperiment zamanı 2 qrup cavan sağlam kişilərə nəzarət edirdi. Bir qrupda olanlar qalstuk taxırdı və gün ərzində onu çıxartmırdı, digər qrupda olanlar isə ümumiyyətlə qalstuk taxmırdı.

Müayinə zamanı məlum olub ki, birinci qrupda olan kişilərin əksəriyyətində beyin qan dövranında pozulmalar var. 2-ci qrupda olanlarda isə bu pozulmalara rast gəlinməyib.

Mütəxəssislər xəbərdarlıq edir ki, boyun damarlarının qalstukla uzun müddət ərzində sıxılması yolverilməzdir. Bu səbəbdən işlə bağlı olaraq daim qalstuk taxmalı olan kişilər onu sıx bağlamamalı və vaxtaşırı olaraq qalstuku çıxartmalıdırlar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa