Your Cart

“Omikron”dan qoruyan qidalar

“Omikron” ştamının yayılması zamanı qida rasionuna piy, yağ və digər heyvan mənşəli yağ məhsulları əlavə edilməlidir. 

Orqanik.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu tövsiyəni diyetoloq Marqarita Koroleva paylaşıb. 

Həkimin sözlərinə görə, bu məhsulların tərkibində ağciyərlərin fəaliyyəti üçün zəruri olan doymuş yağlar var. Bundan əlavə, onlar hüceyrə membranlarına da daxildir. Diyetoloq vurğulayıb ki, bu yağlar səhərlər normal həddə istifadə edilməlidir:

“Rasiona bir xörək qaşığı balıq yağı və D3 vitamini əlavə etmək faydalı olar”. 

Eyni zamanda, tərkibində C vitamini olan qidaların istifadəsini də unutmayın. Diyetoloqun sözlərinə görə, duzlu kələm ən yaxşı variantlardan biri hesab olunur. 

Həkim xatırladıb ki, aclıq və sərt pəhrizlər immunitetin azalmasına gətirib çıxarır ki, bu da “omikron”un yayılması zamanı son dərəcə təhlükəlidir. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa