Your Cart

İnsanın ürəyi partlaya bilər? – Tibbi İZAH

“Ürəyim partladı”, “ürəyimi partlatma” deyən insanlar, bilirsizmi, həqiqətən də tibdə ürəyin partlaması diaqnozu var.

Amma bu siz düşündüyünüz kimi hər stress, əsəb və qorxu keçirəndə olmur.

Orqanik.az bildirir ki, ürəyin partlaması, divarının dağılması daxili, xarici səbəblərdən ola bilər. Ürəyin tam partlaması orqanın dərinliklərinə qədər zədələnməsi nəticəsində olur.

Qorxudan ürək partlaya bilərmi?

Bu, mifdir. Əgər insan sağlamdırsa, dəhşətli qorxu keçirsə belə, ürəkdə orqan olaraq partlama olmaz. Təzyiqi qalxa bilər, ürəkdöyünməsi artar, lakin ürək özü partlamaz.

Yox əgər insanda ürək xəstəliyi varsa, hərəkətsiz həyat keçiribsə, qan damarlarında problem varsa, qorxu zamanı qana sıçrayan çox miqdar adrenalin ürək divarının yırtılmasına səbəb ola bilər.

Faciəvi amillər

Ürək divarı döş qəfəsinə dəyən ağır zərbədən, travmadan yırtıla bilər. Bu adətən yol qəzalarında, döyüşdə, idmançılarda, boksçularda olur.

Eləcə də ailə məişət zorakılığı zamanı qadının sinəsindən möhkəm zərblə vurulan zaman ürəyinin deşilməsi, divarın partlaması halları qeydə alnıb

İrsi, anadangəlmə amillər

Doğuşdan insanın ürək divarında hər hansı sahə çox nazikdirsə, hər hansı anomal inkişaf olubsa, ən kiçik, orta yük və zərbədən belə o hissə parçalana və ürək partlaması ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa