Your Cart

İçkinin qaraciyəri zəhərlədiyinin 5 əlaməti

Həkimlər aydınlaşdırıblar ki, qaraciyər problemləri insan orqanizminin 500-ə qədər həyati funksiyasını poza bilər.

Orqanik.az aztibb.az-a istinadən xəbər verir ki, Britaniyanın “British Liver Trust” təşkilatının həkimləri ilkin mərhələdə bir insanın alkoqol səbəbindən qaraciyər problemlərinin olduğunu göstərən beş əsas əlaməti sadalayıblar.

Qaraciyər müxtəlif toksinləri zərərsizləşdirmək və orqanizmdən çıxarmaqda məsuldur. Buna görə də spirtin hər yeni filtrasiyası ilə orqan hüceyrələrinin bir hissəsi ölür.

Həkimlər alkoqollu içkilər arasında fasilələr etməyi məsləhət görürlər, çünki qaraciyərin bərpası üçün vaxt lazımdır.

Alkoqolla əlaqəli qaraciyər problemlərinin əsas əlamətləri qarın ağrısı, ishal, ürəkbulanma, yorğunluq və ümumi özünü pis hiss etmə əlamətlərdir.

Bir neçə il ərzində davamlı, çox miqdarda spirtli içki qəbul etsəniz bu, qaraciyərin bərpası qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Gələcəkdə isə orqanın ciddi və geri dönməz zədələnməsinə gətirə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa