Hər gün göy soğan yeyin! FAYDALARI

Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində olan bir çox faydalı maddələr mikrobları, virusları, göbələkləri öldürür, immun sistemini gücləndirir, iltihabı azaldır.

– Göy soğan C vitamini ilə zəngindir. C vitamini immun sisteminin fəaliyyətinə çox müsbət təair edir,  soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Soyuq fəaillərdə bu xüsusilə vacibdir.

– Göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların  çoxalmasının qarşısısnı alır.

– Göy soğanın tərkibində “kversetin” və “antosian” adlı maddələr var. Bu maddələr güclü şişəleyhinə təsirə malikdir.

– Göy soğanın tərkibində olan xüsusi maddə “allisin” damarların sağlamlığını qoruyur, damarları daha elastik edir, trombların əmələ gəlməsinin riskini azaldır.

– Göy soğan qanin tərkibini yaxşılaşdırır.

– Göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir.

– Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dolyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.