Bu ölkədə COVİD-19-a yoluxma halları artdı

Fransada son günlər COVID-19-a yoluxma hallarının artdığı açıqlanıb.

Fransa hökumətinin sözçüsü Olivye Veran Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, son günlərdə COVID-19 və qripə yoluxma hallarının artdığını və ölkənin bronxiolit epidemiyasından keçdiyini bildirib.

Keçən həftə ilə müqayisədə COVID-19-a yoluxma hallarının 40 faiz artdığını bildirən Veran, vətəndaşları sosial məsafə qaydalarına əməl etməyə və şübhələndikdə testdən keçməyə çağırıb.

O, yaxın aylarda şirkətlərin və ev təsərrüfatlarının elektrik enerjisinə tələbatında artım olacağını, lakin istehsal olunan enerjinin bu tələbatdan az ola biləcəyini qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.