Düzgün qidalanma xərçəngin daha tez sağalmasına kömək edir

London Kral Kolleci, Trento Universiteti, İtaliyanın Avropa Onkologiya İnstitutu və Niderlandın Qroningen Universitetinin alimləri bağırsaq bakteriyalarının tərkibi ilə xərçəng müalicəsinin effektivliyi arasında əlaqəni araşdırıblar.

Orqanik.az oxu.az-a istinadən bildirir ki, tədqiqatçılardan biri, doktor Karl Linin sözlərinə görə, ilkin nəticələr bağırsaq mikrobiomunun (yəni bağırsaq bakteriyalarının tərkibinin) xərçəngin immunoterapiyasında rol oynadığını göstərir. Bu, mikrobiomun insan immuniteti ilə əlaqəli olması ilə izah olunur.

Bağırsaqdakı bakteriyaların tərkibi bir neçə yolla dəyişdirilə bilər. Onlardan biri düzgün qidalanmadır. Buraya transplantasiya və probiyotik qəbulu kimi üsullar da daxildir. İnsan orqanizmindəki mikrobiom dəyişdikcə, bağırsaq bakteriyalarının immunitet sisteminə təsiri də dəyişir.

Qeyd edək ki, tədqiqat zamanı Böyük Britaniya, Hollandiya və İspaniya klinikalarından olan xəstələrin böyük bir qrupunun bağırsaq mikrobiomunun nümunələri təhlil edilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.