Bu əlamətlər varsa, damarlarınız tıxanıb

– Uzun məsafə getdikdə və ya pilləkanla qalxdıqda ürək nahiyəsində sancı, ağrı, təngnəfəslik hiss edirsiz?

– Başgicəllənmə sizi narahat edir?

– Əl və ayaqlarda keyləşmə olur?

Bu simptomlar damarlarda xolesterolun yığılması nəticəsində damarların tutulması, tıxanmasının ilkin əlamətləri ola bilər. Tibdə xolesterinin damar divarında yığılması ateroskleroz adlandırılır. Ateroskleroz başlanğıcda simptomsuz keçir.

Simptomlar xəstəliklərin gecikmiş mərhələsində özünü büruzə verdiyindən, artıq bu zaman ürək, ətraflar, baş beyin qan dövranında ciddi çatışmazlıqlar olur. Ateroskleroz ağır fəsadlara, əlilliyə və ölümə səbəb ola bilər.

Ən çox təsadüf olunur:

– kişilərdə – 40 yaşdan yuxarı

– qadınlarda – klimaksdan sonrakı dövrdə

Aterosklerozun formaları və fəsadları:

– Ürək damarlarının aterosklerozu (koronar arteriyalar): Ürəyin işemik xəstəliyi, ürək tutması, infarkt

– Baş beyni qanla təmin edən damarların aterosklerozu: insult, Parkinsonizm, Alsheymer xəstəliyi, demensiya və s.

– Yuxarı və aşağı ətrafların aterosklerozu: damarların iltihabı, trofik yaralar və s.

– Böyrək damarlarının aterosklerozu: böyrək funksiyasının pozulması və ağır arterial hipertenziya (yüksək təzyiq).

– Aortal forma. Aorta – orqanizmin ən böyük arteriyası olduğu üçün, onun aterosklerozla zədələnməsi bütün orqan və sistemlərdə dəyişkikliyə səbəb ola bilir.

Aterosklerozun risk faktorları

– Cins: ateroskleroza kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.

– Yaş: bu, təbii risk faktorudur. Yaş artdıqca ateroskleroz əlamətləri dərinləşir.

– İrsiyyət

– Zərərli vərdişlər (siqaret, alkoqol)

– Yanlış qidalanma

– Piylənmə

– Şəkərli diabet

Müalicə:

Tibdə aterosklerozun konservativ müalicəsi lazımi effekt vermədiyindən cərrahi əməliyyata, yəni damara stentin qoyulmasına önəm verilir. Amma bu çıxış yolu deyil, çünki ateroskleroz orqanizmin ümumi xəstəliyidir. Stent qoymaqla yalnız nəticə aradan qaldırılır, səbəb olduğu kimi qalır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.