Diyeta və stress qadının hamilə qalmasına əngəldir – Həkimlər

Müasir qızların arıqlamaq üçün tətbiq etdiyi dəbli diyetalar, zəif qidalanma tərzi, eləcə də stress onların normal hamilə qalıb, sağlam uşaq dünyaya gətirməsinə mane olur.

Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, bunu ginekoloq Dayva Pikauskayte bildirib.

Ailə qurmazdan öncə və hamiləlik planladıqda diyetalardan və stresdən uzaq durmaq lazımdır.

“Stress, gərginlik, əsəb menstrual tsikli pozur, hormonal disbalans yaradır, hətta amenoreya – menstruasiyanın tam itməsinə səbəb ola bilər.

Nəticədə menstruasiya müddəti dəyişir, yumurta hüceyrə yetişmir.

Artıq çəki, piylənmə, eləcə də həddən artıq arıqlıq da hamiləliyə mane olur.

Mono və ketodietalar, su diyetası, zəif qidalanmaq, vitamin, mineral, zülal defisiti də yumurtalıqların fəaliyyətini pozur.

Əgər menstruasiya 1-2 həftə gecikirsə, mütləq hormon analizləri verilməlidir.

Qadınlar hamiləlikdən öncə sağlam, zəngin və vitaminlə zəngin yeməklər yeməli, maqniy preparatı qəbul etməli, qanazlığı aradan qaldırılmalı, gündə 1 saat gəzməli, D vitamini qəbul etməlidir. Yalnız bundan sonra hamiləlik barədə düşünmək lazımdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.