Bu dərman insulta səbəb ola bilər – ALİMLƏR

Alimlər insulta səbəb ola biləcək dərmanın adını açıqlayıblar.

Orqanik.az bakupost.az-a istinadən bildirir ki,Bordo universitetinin alimləri qusma, ürəkbulanma dərmanlarının beyin qan dövranı pozulması olan insulta səbəb ola biləcəyini açıqlayıb.

Onlar bildirib ki, bu dərmanlar miqren və onkoloji xəstələrə kimyaterapiyadan sonra daha çox təyin olunur.

Beyində qusma mərkəzini söndürən bu dərmanlardan Metopomazin tərkibli olanlar xüsusilə təhlükəlidir.

Elmi araşdırmalar göstərib ki, bu dərmanları bir neçə il ərzində tez-tez qəbul edən xəstələr 3 dəfə çox insultla rastlaşıb, nəinki heç qəbul etməyənlər. Xüsusən kişilər üçün bu risk yüksəkdir.

Metopomazin tərkibli qusma əleyhinə dərmanları qəbul etdikdə insult riski 3 dəfə artıb.

Metoklopramid tərkibli dərmanlarda isə bu risk 2 dəfədir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.