Çürük dişlər həzm sistemi xəstəliklərinə, hətta xərçəngə səbəb ola bilər.
Bu barədə diş həkimi, Rusiya Diş Dərnəyinin fəxri prezidenti Vladimir Sadovski məlumat verib. Həkimin sözlərinə görə, keyfiyyətsiz diş plombu qopanda hətta boğulma və ölümə səbəb ola bilər. Yaxud insan yuxuda olarkən keyfiyyətsiz plombu uda bilər.
Diş həkimi-terapevt Yevgeniya Boqayeva bu səbəbdən ağızda xoşagəlməz bakteriya ştamlarının meydana çıxdığını izah edib:
“Yemək və tüpürcəklərdəki zərərli mikroflora boğaza nüfuz edərək badamcıqların iltihabına, boğaz ağrısına və qırtlaq zədələnməsinə səbəb olur. Çox vaxt insan xəstəliyin səbəbini bilmir və kəskin respirator xəstəliklərə yoluxduğunu düşünür. Karies nəticəsində ağızda meydana gələn bakteriyalar mədə-bağırsaq traktı xəstəliklərinə, bəzi hallarda ürək-damar sisteminin patologiyalarına gətirib çıxara bilər. Mədədən çıxan bakteriyalar qana keçir deyə ürəyin işinə mənfi təsir göstərə bilər”.
Orqanik.az