Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 418 milyonu keçib.

Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 1 963 747 yoluxma halı və 11 413 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 418 650 474 nəfər yoluxub. Onlardan 5 856 224 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.