Təbii təzyiq dərmanı. Hər gün 1 ovuc yeyin!

Bəzi çox adi və ucuz təbii vasitələr (qida məhsulları, otlar, faydalı içkilər və s.) bizə yüksək təzyiqi salmağa və təzyiqə nəzarət etməyə yardım edə bilir.

Dərmanlardan fərqli olaraq bu vasitələr orqanizmə nəinki heç bir yanaşı təsir etmir, əksinə yalnız fayda verir. Bu səbəbdən yüksək təzyiqi normallaşdırmaq məqsədi ilə mümkün qədər belə vasitələrdən istifadə etmək lazımdır. Bu hipertoniya xəstəliyi olmayanlara xəstəliyin inkişafının qarşısını almağa, hipertoniyadan əziyyət çəkənlərə isə qəbul etdiyi dərmanların miqdarını və xəstəliyin risklərini azaltmağa yardım edəcək.

Mütəxəssislər qeyd edirlər ki, qidalanmada duzun azaldılması, meyvə və xüsusilə tərəvəz və göyərtilərin artırılması təzyiqi salmağa yardım edir. Sarımsaq, çuğundur və çuğundur şirəsi, mərci kimi məhsullar təzyiqi salmaq işində liderlər sayılır. Bu siyahıya daxil olan digər məhsul adi balqabaq tumlarıdır.

Orqanik.az Express nəşrinə istinadla bildirir ki, mütəxəssislər balqabaq tumlarını “təzyiqi salmağa yardım edən ən güclü təbii vasitələrdən biri” hesab edirlər.

Balqabaq tumları orqanizmdə damarlarda yığılan “pis” xolesterinin səviyyəsini salır, “yaxşı” xolesterinin səviyyəsini isə əksinə qaldırır. Damarlarda yığılan xolesterin onları daraldır, elastikliyini pozur və bu da təzyiqin yüksəlməsinə gətirib çıxardır.

Digər tərəfdən balqabaq tumları maqnezium, kalium və arqinin kimi maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə azot oksidinin sintezini artırır. Azot oksidi damarları genişləndirir, onların sərtliyini azaldır ki, bu da təzyiqi normaya salmağa kömək edir.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri qeyd edirlər ki, 6 həftə ərzində hər gün 1 ovuc balqabaq tumunu yeməklə təzyiqi əhəmiyyətli şəkildə salmaq mümkündür.

Mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkirsinizsə, balqabaq tumlarını istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.