Çılpaq yatmağın faydaları

ABŞ Milli Yuxu Dərnəyinin apardığı beynəlxalq araşdırmaya əsasən, hər 3 yetişkin insandan biri çılpaq yatır.

Dr. Sara Brever çılpaq yatmağın bədən temperaturunu nizamladığını və gecə yuxusunun ən gözəl şəkildə keçirilməsini təmin etdiyini qeyd edib. O, buna səbəbinin çılpaq insanların bədən temperaturu azaldığı üçün daha tez yuxuya getmələri və daha keyfiyyətli yuxulamaları olduğunu deyib. Araşdırmaya görə, pijamalardan xilas olmaq həmçinin yataqda bədən temperaturunun yüksəlməsinin qarşısını alaraq dəri problemlərinin həllində də effektiv ola bilər. Xüsusilə yay aylarında havalandırılmış bir otaqda çılpaq yatmaq isti havanın gətirdiyi dəri porblemlərinin tamamilə yox edilməsini təmin edə bilər.

Breverin fikrincə, kişilərdə çılpaq yatmaq isə testosteron seviyyəsinin yüksəlməsini nizamlayır. Həmçinin çılpaq yatmaq həm qadın, həm də kişilərin özlərini daha seksual hiss etmələrini təmin edir və cütlüklər arasındakı əlaqəni gücləndirərək bədənləri ilə bağlı özlərinə inamı artırır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.