Bütün qadınları sağlam edə biləcək dieta tapıldı

Alimlər 25 min qadın üzərində apardıqları təcrübənin nəticəsində ürək-damar xəstəliklərini 25-30% azaldan, ömrü uzadan ən effektiv pəhrizi tapıblar.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, Aralıq dənizi pəhrizi nəinki piylənməni azaldır, eləcə də qadınlarda ürək, damar, beyin sağlamlığını təmin edir.

Harvard alimləri 12 il ərzində 25 min qadının qidalanma və sağlamlıq göstəricilərini izləyib.
Onlar 40 biomarkeri də analiz edərək, məhz bu dietanın orqanizm üçün faydalı olduğunu görüblər.

Nəticələr göstərib ki, hətta az dərəcədə iltihabi, metobolizm və insulin rezisdentliyində dəyişiklik, ürək-damar xəstəliyi riskini azaldır.

Aralıq dənizi pəhrizi çox asandır.
Səhər yeməyinə yumurta, pendir, pomidor, göyərti,

Nahar və axşama – tərəvəz salatı, balıq, toyuq filesi, zeytun yağı ilə.

Qarnir kimi ancaq qabıqlı suda bişmiş kartof, qəhvəyi düyü, bərk makaron icazə verilir.
Yağ yalnız təmiz zeytun və kətan yağı.

Gün ərzində 2 dəfə bir iki meyvə
Bu dieta demensiya və depressiyaya da qarşı təsir edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.