Bu qidalar saçdakı ağları tamamilə yox edir

Yaşlılıq və ya vitamin çatışmazlığı səbəbiylə ağaran saçlar bəzilərinin ən böyük problemlərindən biridir.

Bəs saç ağarmasının qarşısını necə almaq olar?

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, saç ağarması bəzən erkən yaşlarda yaşana bilər. Bunun səbəbinin yaşlanma olduğu düşünülsə də, bir çox fərqli səbəbi ola bilər. Bunlar arasında vitamin çatışmazlığı və genetik amillər də var.

Saç ağarmasının səbəbləri nələrdir?

Saç ağarması B12 vitamini çatışmazlığı, ani şok, travma və stress kimi müxtəlif səbəblərdən yarana bilər. Buna görə də daha erkən yaşlarda, cavanlıqda bu halla qarşılaşa bilərik. Saç ağarması heç bir təhlükə yaratmasa da, görüntü olaraq insanları narahat edir.

Saç ağarmasının qarşısını necə almaq olar?

Saç ağarmasının əsasında B vitaminləri, dəmir, mis və yodun az qəbulu dayanır. Bu səbəblə saçları erkən ağarmağa başlayan insanlar vitaminlərlə zəngin qidaları tez-tez yeməli, bol miqdarda A, E və C vitaminləri qəbul etməlidirlər. Bu insanlar turş qidalar yeməlidirlər.

Balıq yağı vacibdir

Bundan əlavə qaraciyər üçün faydalı olan balıq yağının qəbulu saçların ağarmasına da xeyirdir.

Həmçinin, səhər və axşam yeməklərində yaşıl yarpaqlı tərəvəzlər bol-bol yeyilməli, yerkökü kimi beta karoten ehtiva edən qidalar daha çox istehlak edilməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.