Bu təzyiq ən təhlükəlidir!

Amerikanın Mərkəzi Ürək İnstitutunun alimləri insanın həyatı üçün ən təhlükəli təzyiqi təyin ediblər.

Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, alimlərin fikrinə görə, təzyiqin qalxıb-düşməsi (ona “oynayan təzyiq” də deyilir) stabil yüksək təzyiqdən daha təhlükəlidir.

Alimlərin müşahidələrinə görə, arterial təzyiqi tez-tez və uzun müddət ərzində 30-40 mm c.st. düşüb-qalxan insanlar yüksək, lakin stabil təzyiqi olan insanlardan daha erkən ölürlər.

Bunları nəzərə alaraq həkimlər arterial təzyiqinə daim nəzarət etməyi və onun normaya uyğun və stabil qalması üçün çalışmağı tövsiyə edirlər.

Əgər insan özündə təzyiqin tez-tez qalxıb-düşməsini müşahidə edirsə, vaxt itirmədən həkimə müraciət etməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.