Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir

Əgər siz tualetə tez-tez gedirsizsə, nəcisdə, unitazda qan görürsüzsə,bu bağırsağın hansısa sahəsində törəmənin böyüdüyünü göstərir.

Bakupost.az xəbər verir ki, Britaniyanın Cancer Research UK təşkilatı yoğun bağırsaqda poliplərin xərçəngə çevrildiyini bildirib.
“Bağırsaq xərçəngində əgər erkən diaqnoz olunarsa, 10 xəstədən 9-u 5 ilə qədər yaşayır.

Törəmə adətən qalın bağırsağı tutur, bu ən iri borulu orqandır, adətən şiş əvvəlcə bədxassəli olmayan poliplərdən yaranır.

Xərçəngin artıq bağırsaqda ölçücə böyüdüyünü göstərən 3 əlamət:

– Defekasiya – tualetə getmənin dəyişməsi – tez-tez getmə, uzun müddət tualetdə qalmaq, ishal, duru nəcis

– Tualetdə qan – adətən tünd olur, qaraya çalır.

– Qarında ağrı, şişkinlik, diskomfort

Eləcə də kəskin çəki itkisi, iştahsızlıq, yuxuda ağrı hissi, yedikdən sonra ağrı, yorğunluq da şübhələndirməlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.