Alkoqollu içki gözləri kor edə bilir – Xəbərdarlıq

Gündə 3 doza alkoqollu içki gözlərdə sarı cismin degenerasiyasına səbəb ola bilər.

“Medicina” xəbər verir ki, terapevt İrina Andreyeva alkoqolun gözlərə təsirindən danışıb.

“İçki qaraciyəri zədələyir, təzyiqi qaldırır, yuxunu pozur. Bir təsiri isə çoxunun bilmədiyi gözləri zəiflətməsidir.
Alkoqolun təsirindən gözlərdə müvəqqəti dumanlanma, zəifləmə, iki görmə olur. İçki içənlərdə qanla dolmuş, şişmiş, ödemli və quru gözlər olur. Bu 1 sutka ərzində qala bilər.

Amma alimlər sübut edib ki, gündə 3 porsdan, yəni 300 ml-dən çox içki qəbulunda gözlərdə uzun müddətli, həmişəlik pozulmalar qalır.. Sarı cisim denegerasiyaya uğrayır, insanın gözləri tutulmağa başlayır.

Sarı cismin pozulmasının əlamətləri:

– Oxumaq, yazmaq, maşın sürmək, yola baxmaq getdikcə çətinləşir
– Obyektlər olduğundan kiçik görünür
– Rənglər getdikcə solğun görünür

– Olmayan şeylər görünür
– Görmə dumanlanır, yayğın olur

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.