Brokoli haqqında

Brokkoli – kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitkidir. Əsasən İngiltərədə, İspaniyada və İtaliyada becərilir.Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var. Brokoli eyni zamanda mikroblarla savaşabilən və ayrıca antioksidan xüsusiyyətinə sahib bir bitkidir. Bu gün brokkoli bir çox dünya mətbəxində istifadə edilməkdədir. Çiy olaraq və ya bişirilmiş şəkildə yeyilə bilər. Amma brokolini daha çox buxarda bişirərək ya da çiy yemək məsləhət edilir. Çünki ancaq bu şəkildə qida dəyərini itirmir.
Brokoli başda sinə xərçəngi olmaqla, kolon xərçəngi və ağciyər xərçəngi riskini azaldır. Yaşlanmanın qarşısını alır. Lifli bir bitki olduğu üçün həzm probleminə və qəbizliyə yaxşı təsir göstərir, bağırsaqların işləməsinə kömək edir. Brokolidə yer alan C vitamini və müəyyən səviyyədə olan amin turşusu bədəndə toksinlərin atılmasını təmin edir. Tərkibindəki xrom insulini tənzimləyir. İmmuniteti qoruyur və sahib olduğu beta-karoten ilə göz sağlamlığını da yaxşılaşdırır.
Brokolinin dəriyə də faydaları var. Zərərli UV şüalarına qarşı bir qoruma qalxanı kimi çalışır. İçindəki magnezum sümükləri gücləndirir. Qanazlığını aradan qaldırır, xolesterolu və yüksək qan təzyiqini aşağı salır. İnfarkt riskini azaldır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.