Bir çox dərdin dərmanıdır

Cəfəri bir çox xəstəliklər üçün dərman vasitəsi ola bilər. Buna görə də çalışın, bir yeriniz ağrıyanda ilk dərmana qaçmayın. Təbii vasitələrlə də orqanizminizi sağlam saxlamaq mümkündür. 

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, cəfəri insan orqanizmi üçün vacib olan fosfor, kalium, selen, A və B qrup vitaminlərlə zəngindir. Cəfərinin tərkibində olan C vitamini limondan dörd dəfə çoxdur.

•    Menstrual dövrü tənzimləmək üçün cəfəri tumlarından hazırlanmış cövhər faydalıdır: 4 çay qaşığı cəfəri tumunun üzərinə bir stəkan qaynar su əlavə edərək, buxar üzərində 15 dəqiqə saxlayın. Soyuduqdan sonra süzün və gündə 5-6 dəfə yemək arası 1 xörək qaşığı qəbul edin.

•    Ağrılı aylıq tsikl və uşaqlıq qanaxmaları zamanı cəfəri kökü və otundan hazırlanmış cövhər qəbul etmək məsləhətdir: 2 x. qaşığı xırda doğranımış qarışığın üzərinə 2 stəkan qaynar su əlavə edilərək, 4 saat dəmlənir. Sonra süzülür və gündə 4 dəfə 1-2 xörək qaşığı (yeməkdən 30dəqiqə əvvəl)  qəbul edilir. 

•    Dismenoreya (gur aybaşı) zamanı da bu bitkinin şirəsini gündə 3 dəfə 1-2 çay qaşığı ilə qəbul edərkən, müsbət nəticə əldə etmək olar. 

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.