Bəyaz dişlərə sahib olmaq üçün bunu edin

Müntəzəm olaraq diş fırçalamağınıza baxmayaraq dişlərinizdə saralma ola bilər. Bunun müxtəlif səbəbləri var. Qidalanma, çay və ya kofe içmək, siqarət çəkmək dişlərin saralmasına gətirib çıxarır.

Orqanik.az Axşam.az-a istinadən qısa müddət ərzində dişlərdəki sarılığı aradan qaldırmağa imkan verən qarışımı təqdim edir.

Tərkibi:

1 xörək qaşığı limon suyu
1 xörək qaşığı sarıkök
1 çay qaşığı diş pastası
dörddə bir çay qaşığı duz

Bütün ərzaqları qarışdırdıqdan sonra bu qarışımla dişlərinizi bir neçə dəqiqə fırçalayın və ağzınızı yaxşıca yaxalayın. Həftə ərzində bu qarışımla iki dəfə dişləri fırçalamaq zamanla daha parlaq və ağ görünməsinə imkan verəcək.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.