Artritin erkən əlamətləri…

Artrit bir və ya bir neçə oynağın iltihabı xəstəliyidir. Son 20 ildə dünyada artrit xəstələrinin sayı iki dəfə artıb. Onun hər yaşda başlaması mümkündür, lakin 40 yaşından sonra qadınlarda daha çox rast gəlinir. Artrit hamiləlikdən sonra və immun sisteminin zəifləməsi zamanı da müşahidə edilir.

Orqanik.az xəbər verir ki, həkim-terapevt Zakir İsmayılov deyib: “Artrit özünü oynaq nahiyəsinin şişməsi, qızarması, oynaqda hərəkətin ağrılı olması və məhdudlaşması ilə göstərir. Onun yaranmasına isə birləşdirici toxumaların diffuz xəstəlikləri kimi tanınan bir sıra səbəblərlə əlaqədardır. Məsələn, revmatoid artrit, revmatizm, sterodermiya, qırmızı qurd eşənəyi və s. zamanı mono və ya polo artrid inkişaf edir”.

Artritin erkən əlamətləri yüngül ağrılarla müşahidə edilir. Həkim-terapevtin dediyinə görə, bu xəstəliyin digər bir səbəbi də hərəkətsizlikdir, müalicə edilmədikdə isə ağrılar şiddətlənir. Onun müalicəsi zamanı bəzi hallarda dərman, bəzi hallarda isə fizioterapevtik müalicə təyin olunur. Tətbiq edilən müalicə üsulları daha çox xəstəliyin diaqnozu, inkişaf mərhələsi, etiologiyası və xəstənin yaşından asılıdır.

Mütəxəssislər bildirirlər ki, xəstəliyin yaranmaması üçün hər gün bel və qarın əzələlərini gücləndirən məşqlər etmək, ağır əşya qaldırmamaq, çay və qəhvəni az içmək tövsiyə olunur. Yürüş və üzgüçülüklə məşğul olmaq da xəstəliyin yaranmasının qarşısını ala bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.