Belə baş ağrıları ölümcül xəstəliklərin simptomudur

Baş ağrısı insanlar arasında ən yayılmış pozulmalardan biridir.

Orqanik.az bildirir ki, əksər hallarda baş ağrısı heç bir təhlükəli xəstəliyə işarə etmir. Lakin bəzən baş ağrısı çox ciddi xəstəliyin simptomu kimi meydana çıxır.

Beləliklə, nə zaman baş ağrısı təhlükəli xəstəliyə işarə edir?

Qusma ilə müşayiət olunan səhər baş ağrısı beyin şişinə işarə edə bilər.
Baş ağrısı yüksək qızdırma ilə müşayiət olunduqda bu meningitin (beyin qişalarının iltihabı) simptomu ola bilər.
Qəfildən başlayan çox güclü baş ağrısı beyində anevrizmanın partlanmasına işarə edə bilər.
Ürəkbulanması, qusma, başgicəllənməsi, görmənin və nitqin pozulması, bədəndə zəiflik (adətən birtərfli) kimi simptomlar güclü baş ağrısı ilə müşayiət olunursa bu insulta işarə edir.
Həmçinin baş ağrısında hər hansı dəyişiklik əmələ gəldikdə, baş ağrıları həftədə 2 dəfə və daha tez-tez təkrar olunduqda mütləq həkimə müraciət etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.