Avstriyanın Qrats Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti almanı düzgün yemir.
Oxu.az Gazeta.ru-ya istinadla xəbər verir ki, almalarda olan xeyli sayda faydalı bakteriya insan orqanizminə, xüsusən də mədə-bağırsaq sisteminə müsbət təsir edir.
Alimlərin apardığı araşdırma zamanı məlum olub ki, almanın hər bir qramında təqribən 500 min müxtəlif bakteriya var. Onlar belə qənaətə gəliblər ki, faydalı mikroorqanizmlərin – probiotiklərin 90 faizi almanın özəyində yerləşir.
Buna görə də almanın faydasını görmək üçün meyvəni adətən dişlənmiş hissəsi – özəyi ilə birlikdə yemək lazımdır.
Orqanik.az