“Bədənin hər hansı bir yerində üç həftədən çox davam edən səbəbsiz ağrılarınız varsa, mütəxəssisə müraciət etməlisiniz”.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bunu doktor Amen Sibtein “Daily Express”ə müsahibəsində xərçəngin doqquz əsas əlamətindən danışarkən deyib.
O bildirib ki, əsassız qanaxma, arıqlama və sümüklərdə yaranan ağrılar da orqanizmdə ciddi pozuntulardan xəbər verir:
“Bundan əlavə, xərçəngin simptomları arasında yorğunluq, gecə tərləmələri, şişkinlik, daimi öskürək və udma problemi ola bilər”.
Bundan öncə Natalya Polovodova xərçəng xəstəliyinə tutulmamaq üçün tam qaranlıqda yatmağı tövsiyə edib.
Orqanik.az