Stress və əsəbi gərginlik immun sistemini zəiflədir. Nə etməli?

Hazırda insanların beyninə bir fikir hakim kəsilib – tuğyan edən virus infeksiyasından necə qorunaq? Yaşlı valideynləri necə izolyasiya edək?

Artıq evdə, ailədə xəstələnən varsa, özümüzə nə kimi profilaktik tədbirlər görək? Uşaqlar yoluxmazmı?                                                     

Bütün bu sual yükünün altında qalan insan xroniki stress yaşaması qaçılmazdır. Bununla yanaşı, hipodinamiya, qeyri-düzgün qida seçimi, yəni şəkərli-unlu qidalara üstünlük, yanlış qidalanma və yuxu rejimi də vəziyyəti daha da gərginləşdirir.

Məlumdur ki, mövcud infeksiya zamanı əsas aparıcı qüvvə immun sistemidir. Məhz immun sistemi hüceyrələri törədicinin inkişafını dayandırır və onun orqanizmdən xaric edilməsini təmin edir.

Məhz stress zamanı orqanizmin 3 tənzimləyici qüvvəsi olan sinir, endokrin və immun sistemlərinin birliyi və qarşılıqlı əlaqəsi qabarıq şəkildə nəzərə çarpır. Bu zaman immun-neyroendokrin əlaqələrinin aktivliyi dəyişərək, hormonal disbalansa səbəb olur.   

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman mümkün deyil. Amma orqanizmin stressə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.

1. Tədqiqat zamanı müşahidə altında olan uşaqlarda streptokokk və yuxarı tənəffüs yollarının infeksiyası aşkarlanandan iki həftə əvvəl, onların ailələrində həyəcan yaradan hadisələrin sayının 4 dəfə artdığı qeyd edilmişdir. Bunun üçün stresi yaradan faktorları azaltmaq lazımdır.

2. Kliniki tədqiqatlar vasitəsi ilə sübut edilmişdir ki, yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır. Bu, daha tez-tez KRVİ ilə xəstələnmələrə səbəb olur. Bərpaedici yuxu olmayana qədər immun sistem normal fəaliyyət göstərə bilməz. Hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə olan immuniteti azaldır.

Çalışın vaxtında yatın və yatmazdan 1-2 saat qabaq mobil vasitələrə və televizora baxmayın. Özünüzü yatmağa hazırlayın. Ətrafınızdaki səsləri minimuma endirin, tam qaranlıq şərait yaradın. Yuxu çatışmazlığını aradan qaldırın.

3. Stresi və əsəbi gərginliyi aradan qaldırmağa kömək etmək üçün bir sıra təbii sakitləşdirici preparatlar mövcuddur. Bu preparatların üstünlüyü onların öyrəşmə verməməsi və orqanizmə əlavə təsirlərin minimum olmasıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.