Dırnaqlarda müxtəlif səbəblərdən saralmalar yarana bilər. Bu heç də sağlamlıqla bağlı problemin olduğu demək deyil. Bu, sağlam insanlarda da görülə bilən hallardan biridir. Bu problemi boya çəkərək qapatmağa çalışmaq isə həll yolu deyil. Bəs bu problemlə qarşı-qarşıya qaldıqda nə etmək olar?
Orqanik.az Axşam.az-a istinadən dırnaqlarda yaranan ləkələri və saralmanı aradan qaldıran üsulu təqdim edir:
Dırnaqlardakı saralmalar üçün ən effektli üsul onları ilıq limonlu suda 5 dəqiqə saxlamaqdır. Hər gün bu üsuldan istifadə edərək qısa zamanda saralmanın azaldığını görəcəksiniz. Həmçinin dırnaqları limon suyu ilə silmək də təsirlidir.
Orqanik.az