Ağız qoxusu və saralmış dişlərdən bu üsulla qurtulun

Gün ərzində yeyilən yeməklər, çay, kofe, spirtli içki, siqarət və başqa səbəblərdən dişlər saralmağa başlayır. Bu, zamanla ağız qoxusunun yaranmasına və şəxsin özünü narahat hiss etməsinə səbəb olur. Bəzən istifadə olunan diş məcunları belə mümkün olan ağartını dişlərdə yarada bilmir.

Orqanik.az Axşam.az-a istinadən ev şəraitində hazırlayıb tətbiq edə biləcəyiniz məcunu təqdim edir.

Tərkibi:

Aktiv kömür – ½ çay qaşığı.

Yumurta qabığı tozu – 1 yemək qaşığı 

Ərinmiş kokos yağı – 1 yemək qaşığı.

Hazırlanma qaydası:

Kömür və yumurta qabığının tozuna kokos yağını əlavə edib məcun halına gələnə qədər qarışdırın. İstifadə etməyəcəyiniz qarışımı hava keçirməyən qabda saxlayın.

Bu qarışım, xüsusən tərkibindəki kömür təkcə dişləri ağartmaqla kifayətlənmir. Ağız boşluğunda bakteriyaların yaranmasını azaldır və qoxunun əmələ gəlməsinin qarşısını alır.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.