Bu universal kompresi isti və soyuq halda tətbiq etmək mümkündür.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bunun üçün quru düyü və təmiz parça kisə tələb olunur.
Düyünü kisənin içinə töküb rahat hərəkət edə biləcək şəkildə sapla bağlayın. İsti kompres hazırlamaq üçün həmin düyü doldurulmuş kisəni mikrodalğalı sobaya qoyaraq 1 dəqiqə müddətində qızdırın. Soyuq halda hazırlamaq üçün isə onu 45 dəqiqə müddətində soyuducuda saxlayın. Daha sonra isə ağrı problem olan nahiyələrin üzərində bir neçə dəqiqə saxlamaqla mövcud problemi aradan qaldıra bilərsiniz.
Kisəni silkələyərək lazımi zonaya yerləşdirin. Düyüyə bir neçə damcı ətirli bitki yağı da damızdıra bilərsiniz. Həmçinin düyünün əvəzinə albalı tumu, kətan toxumu, qarabaşaq yarması və duz da istifadə edə bilərsiniz.
Orqanik.az