Təcili yardım evdə meymunçiçəyi testi götürürmü? – Nazirlikdən AÇIQLAMA

Meymunçiçəyi epidemiya vəziyyətini alıb. Avropada minlərlə insanda yoluxma var.

Azərbaycanda hələ ki, rəsmi olaraq meymunçiçəyinə yoluxma aşkarlanmayıb.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, amma bir çox həkimlərin dediyinə görə, poliklinikalara suçiçəyi əlamətləri ilə xəstələr gəlir, onlara isə adi suçiçəyi diaqnozu qoyulur.
Bəs insan özündə meymunçiçəyi əlamətləri hiss edərsə, dövlət hesabına harada, necə test verməlidir? Koronavirusda olduğu kimi bu dəfə də təcili yardım xidməti xəstə evdən çıxmadan ünvanda bu testi götürəcəkmi?

Nazirlikdən bildirildi ki, meymunçiçəyinin diaqnostikası yalnız Səhiyyə nazirliyinin tabeliyində olan Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır.

“Meymuçiçəyi xəstəliyinin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət olunub. ÜST tərəfindən ölkəmizə gətirilən 3 min diaqnostik test Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib və ordadır.

Hələ ki, Təcili Yardım meymunçiçəyi ilə bağlı test götürə bilməz. Buna görə təcili yardıma çağırış qəbul olunmur. Əgər vətəndaş özündə meymunçiçəyinin əlamətlərini hiss edərsə, o zaman yaşayış yeri üzrə tibb müəssisəsinə, polilinikaya, ailə həkiminə müraciət etməlidir.

Şübhəli hal olarsa, həmin şəxsdən nümunələr götürülüb, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilir. Cavablar çıxana kimi şübhəli şəxs evdə təcrid olmalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.