Beyni bitişik olan siam əkizləri 23 saatlıq əməliyyatla ayrıldı

Rio-de-Janeyrodakı Paulo Nimeyer Neyrocərrahiyyə İnstitutunun (IEC) alimləri virtual reallıqdan istifadə edərək siam əkizləri Artar və Bernandonu ayırıblar.
Bunun üçün 100 nəfərlik tibbi qrup lazım olub.

Əməliyyat 23 saat çəkib.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, müdaxilədə iştirak edən cərrahlar bildiriblər ki, bu, onların bütün peşə həyatında ən çətin prosedurdur.

Əkizlərin birləşmiş kəllə sümüyü, beynin bir hissəsi, həmçinin ümumi həyati arteriyaları olub.

Əməliyyatın son mərhələsi virtual reallıqda baş tutub: Mütəxəssislər oğlanların kəllə sümüyünün kompüter modelini yaradıb və onunla manipulyasiya etməyi öyrəniblər.

Hazırda xəstələr sağalır. Hələlik uşaqlarda nitq çətinlikləri müşahidə olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.