Bu il orqan transplantasiyasının tibbi xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulub.
Orqanik.az APA-ya istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Nigar Hüseynova deyib. Onun sözlərinə görə, bura qaraciyər, böyrək və sümük iliyinin transplantasiyası əməliyyatları daxildir:
“Bu il tibbi xidmətlər zərfini genişləndirmək üzərində işləyirik. Yeni xidmətlər zərfində koxlear implantasiya və endoprotezlərin limitinin artırlıması, eyni zamanda, koxlear implantasiya üçün yaş həddinin uzadılması gözlənilir”.
Orqanik.az