Uşaqlar Omikrona daha çox yoluxur
Uşaqlar Omikrona daha çox yoluxur üçün şərhlər bağlıdır

“Mütəxəssislərin fikrincə, uşaqlar Omikronla koronavirusun digər ştamlarından 2,5 dəfə tez xəstələnirlər. Bunu ekspertlərin məlumatları da sübut edir”, – Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

Orqanik.az bildirir ki, o qeyd edib ki, koronavirusun Omikron ştamı ilə yoluxma hallarının kəskin artması uşaqların sağlamlığına xüsusi diqqət yetirməyi tələb edir.

M.Muraşkonun sözlərinə görə, pandemiya səbəbindən pediatriya xidməti yeni şəraitə uyğunlaşmalıdır.

Bundan əvvəl Rospotrebnadzor Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Nataliya Pşeniçnaya bildirmişdi ki, Omikron koronavirus ştamı ilə xəstəliyin başlanmasından təxminən 9-10 gün sonra ağciyər zədələnməsi inkişaf etməyə başlayır.

Risk qrupu ilk növbədə xroniki xəstəlikləri olan insanlar və yaşlılardır. /Orqanik.az

Orqanik.az

0

Yuxarı

X